AQTA-da sahibkarların müraciəti dinlənilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli dekabrın 5-də agentliyin inzibati binasında sahibkarları qəbul edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həmin çərçivədə pestisid, aqrokimyəvi maddə və gübrə istehsalı, saxlanması, satışı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb. Sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Onlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Pestisid, aqrokimyəvi maddə və gübrə istehsalı, saxlanması, satışı və idxalının mövcud qaydalar çərçivəsində həyata keçirilməsinin vacibliyi qeyd olunub.

 Q.Təhməzli bundan əvvəlki həftələrdə çörək istehsalı, dəyirman və taxıl idxalı, süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq, həmçinin alkoqollu və alkoqolsuz içkilərin, unlu qənnadı məmulatlarının, yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı sahələrində, eləcə də ictimai iaşə xidmətləri, o cümlədən restoranlar, şadlıq evləri, hotellərin qida blokları, kafelər, dönər emalı və satışı, keytrinq xidməti və digər istiqamətlərdə fəaliyyət göstərən sahibkarların müraciətini dinləyib.