Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb.

 Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,97 dollar azalaraq 71,12 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,1 dollar azalaraq 67,2 dollar təşkil edib.