Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları Türkiyəyə işgüzar səfər ediblər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları dekabrın 1-dən 7-dək Türkiyənin paytaxtı Ankarada işgüzar səfərdə olublar.

Səfərin məqsədi su və su təsəfrrüfatı obyektlərinin mühafizə olunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarına tullantı sularının axıdılmasının qarşısının alınması, eləcə də xidmətin digər fəaliyyət istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması olub.

Agentlikdən  bildirilib ki, səfər çərçivəsində Türkiyənin Dövlət Su İşləri Baş İdarəsinin baş direktoru Mehmet Akif Balta və köməkçisi Göktuğ İlter, su idarəetməsi üzrə baş direktor Afire Sever, həmçinin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin rəhbər şəxsləri ilə görüşlər keçirilib.

Görüşlərdə dövlət su idarəçiliyi və mühafizə sahəsində təcrübə mübadiləsi aparılıb, Ətraf Mühit Referans Laboratoriyasının fəaliyyəti ilə yaxından tanışlıq olub. Həmçinin Dövlət Su İşləri Baş İdarəsinin layihələri ilə yerində tanış olmaq məqsədilə Əskişəhir və Sakarya şəhərlərinə səfərlər təşkil edilib.