Dövlət Komitəsinin sədri Abşeron və Zəngilan sakinlərinin müraciətlərini dinləyəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xırdalanda vətəndaşları qəbul edəcək.

Dövlət Komitəsindən bildirilib ki, dekabrın 19-u saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Abşeron və Zəngilan rayonlarının sakinlərinin müraciətlərinə baxılacaq.