Əli Əsədov Moskvaya işgüzar səfərə gedib

Baş nazir Əli Əsədov Moskvaya işgüzar səfərə gedib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilir ki, dekabrın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinin dəvəti ilə MDB-nin Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün işgüzar səfərlə Moskva şəhərinə gedib.