Əli Əsədov Özbəkistana səfər edib

Bu gün Baş nazir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfər edib.

Bu barədə  Nazirlər Kabinetindən xəbər verilib.

Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Respublikası Baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşıladılar.