Səhiyyə nazirindən saxta cərrahlarla bağlı AÇIQLAMA
Bir ildən artıqdır ki, Səhiyyə Nazirliyinə bir qrup plastik cərrah tərəfindən saxta plastik cərrahlarla bağlı müraciət olunub.
Bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
O qeyd edib ki, aidiyyəti qurumlarla birgə ilkin araşdırmalar aparılır.
"Araşdırmalar nəticəsində saxta həkimlərin sosial media vasitəsilə vətəndaşlara yalnış məlumat verərək, onları özlərinə cəlb edərək, saxta müalicə üsulları kimi cinayət əməlləri aşkar edilib.
Bununla əlaqədar toplanmış materiallar Baş Prokurorluğa göndərildi və işçi qrupu yaradıldı. Bu saxta cərrahlarla bağlı məlumatlar jurnalist araşdırması nəticəsində cəmiyyətə təqdim edildi. Lakin bununla bağlı bir ilə yaxındır ki, işlər görülüb. Müəyyən normativ aktlar qəbul edilib, ixtisas dəyişdirmələr dayandırılıb. Hər bir şəxs barədə xüsusi araşdırmalar aparılıb", - deyə nazir əlavə edib.