Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Tağlı kəndi ərazisində F.Qasımov, E.Abışlı, E.Şərifov, T.Şeydayev və S.Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən ov tüfəngləri və patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları və 2 çöl dovşanı aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.