Qanunsuz saxlanılan silah-sursat aşkar olunub
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, dekabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 qumbara, 4 alışdırıcı, 7 tüfəng, 4 patron darağı və 861 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.