Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb.

 Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,42 dollar azalaraq 72,46 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,41 dollar azalaraq 68,97 dollar təşkil edib.