Qiyabi təhsil alan tələbələr TTK əldə edə bilər? - Sədr AÇIQLADI
Qiyabi təhsil alanlar üçün təhsil krediti planlaşdırılmır.
Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, qiyabi təhsil alanların əmək fəaliyyəti ilə məşğul olmaq imkanı olduğu üçün bu tələbələrə təhsil kreditinin ayrılması hələ ki, planda yoxdur.
"Bu məsələ Şuranın iclasında müzakirə edilməli, Maliyyə yükü hesablanmalıdır. Amma hələ ki, planda yoxdur", - sədr əlavə edib.//Trend