Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi qaydaları təsdiqlənib
Azərbaycanda “Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilib.
Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Bu Qaydalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 16.7-ci maddəsinə əsasən, həmin Məcəllənin 16.4-cü və 16.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla hazırlanmışdır və hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsinin əsaslarını müəyyən edir. Bu Qaydalarda istifadə olunan anlayışlar Məcəllədə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.