Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsində 67 nəfər olub - RƏSMİ

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək.

"Məlumata görə, sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

"Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir", - deyə AZAL-dan bildirilib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kilometr məsafədə qəzaya uğrayıb.