AZAL təyyarə qəzasında həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib
“Azərbaycan Hava Yolları” (AZAL) Aktau şəhəri yaxınlığında “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib.
Bununla bağlı AZAL-ın yaydığı məlumatda deyilir: “Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. Aktau şəhəri yaxınlığında “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq”.