Vladimir Zelenski Prezident İlham Əliyevə başsağlığı verib

Ukrayna prezidenti Vladimir Zelenski təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib.

Ukrayna lideri bu barədə “X” hesabında yazıb.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ın dəhşətli qəzası ilə bağlı getdikcə daha çox təfərrüatlar ortaya çıxır. Prezident Əliyevə və Azərbaycan xalqına başsağlığı verirəm.
Hər bir insan həyatı dəyərlidir və hər bir insan ölümü həqiqəti müəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir. Biz qəza yerində Rusiyanın faciəyə görə məsuliyyət daşıdığını göstərən aydın əyani sübutlar görürük.

Əgər Rusiya MH17 ilə olduğu kimi yalanları yaymaq qərarına gəlsə, biz həqiqəti üzə çıxarmaq və cavabdehliyi təmin etmək üçün Moskvaya bütün beynəlxalq təzyiqləri birləşdirməliyik”deyə Zelenski qeyd edib.