Energetika naziri Qobustanda vətəndaşlarla görüşəcək
Energetika naziri Pərviz Şahbazov 2025-ci il yanvarın 17-də Qobustan, Şamaxı, Ağsu və Abşeron rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən bildirilib ki, görüş saat 11:00-da Qobustan rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ3700, Qobustan şəhəri, H.Əliyev pr. 1) keçiriləcək.
Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt filialı (əlaqələndirici şəxs: Seymur Hacıyev, əlaqə telefonu: (050) 250-18-18, elektron poçt ünvanı: [email protected]) və Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq” bölməsi vasitəsilə də görüş üçün müraciət etmək mümkündür.