Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb - DİN

Dekabrın 30-da ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olan 33 nəfərdən 15-i borclu şəxs qismində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 Əməliyyat nəticəsində narkotiklərlə bağlı 8, qanunsuz saxlanılan silah və sursatla bağlı isə 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.