Xarici bazarlara istixana məhsullarının ixracında yüksək göstəricilər qeydə alınıb
2024-cü ildə Azərbaycandan xarici bazarlara istixana məhsullarının ixracında yüksək göstəricilər qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ötən il ölkəmizdən xarici bazarlara ixrac olunan istixana məhsulları sırasında pomidor üstünlük təşkil edib.
2024-cü ildə Azərbaycandan xarici ölkələrə 175,430.4 min dollar dəyərində 145,603.2 ton pomidor ixrac olunub.
Qeyd edək ki, 2023-cü ildə xarici bazarlara 161,957.0 min dollar dəyərində 140,588.0 ton pomidor ixrac edilmişdi. 2023-cü illə müqayisədə ixrac olunan pomidorun həcmi 3,6 faiz, dəyəri isə 8,3 faiz artıb.