Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb

Yanvarın 11-də və 12-də ölkə ərazisində qeydə alınan 89, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 60 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb.