20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş videoçarxlar hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş videoçarxlar hazırlandı.

Mərkəzi Kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Təranə Heydərovanın və Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel Həsənovanın hazırladıqları “20 Yanvar – Ümumxalq Hüzn Günü” adlı videoçarxda bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə M.Qorbaçovun əmri ilə hərbi qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Bakıda və ətraf rayonlarında 131 nəfər öldürüldü, 744 nəfər yaralandı. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, təcili yardım işçiləri olmuşdur. Videoçarxda “20 Yanvar faciəsi ədəbiyyatda”, “20 Yanvar faciəsi teatrda”, “20 Yanvar faciəsi təsviri incəsənətdə”, “20 Yanvar faciəsi kinoda”, “20 Yanvar faciəsi musiqidə”, “20 Yanvar faciəsi memarlıqda” başlıqları altında məlumat verilir. M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fondunda 20 Yanvar faciəsi haqqında bir sıra kitablar sərgilənir.

Videoçarxda Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri də yer alır. Videoçarx Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti Ədalət Vəzirovun kamança simfonik matəm havasının müşayəti ilə izləyicilərə təqdim olunur.

Kitabxananın hazırladığı ikinci videoçarxda kitabxananın Fəxri oxucularının 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr etdikləri əsərləri oxuculara təqdim olunur. Videoçarxda Xalq şairi Vahid Əzizin “İyirmi  yanvar...”, “Qanlı bayram”, Şövkət Zərrin Horovlunun “Qanlı Yanvar”, Vaqif Bəhmənlinin “Bir cavan atam vardı...”, “Şəhid”, Ramiz Qusarçaylının “20 Yanvarın şeiri”, Fazilə Qaraxanqızının “Azadlıq carçıları”, Zeynəb Cəmaləddinin “20 yanvar şəhidlərinin əziz xatirəsinə”, “Qar üstündə qərənfilim şəhidlər”, Qadir Hüseynovun “Bu gün qara gündü, o qanlı yanvar”, “Vətən dərd içində, Vətən ağlayır”, Gülnur Aslanın “Не забывайте о Шехидах никогда”, Məlahət Yusifqızının “Göyərin qardaş”, Nafilə Nafinin “20 Yanvar – qətl gecəsi” şeirləri və Gülzar İbrahimovanın “Şəhid gül” mənsur şeiri izləyicilərə təqdim olunur.

Videoçarxlar Mərkəzi Kitabxananın YouTube kanalında nümayiş olunur:

https://www.youtube.com/watch?v=hrw5vbvBpQE

https://youtu.be/GdEDKYQiKtw