Fərid Səfərli Azərbaycana qaytarılıb
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində bu il yanvarın 18-də İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.
Bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.