Hacıqabulda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinləniləcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yanvarın 31-də Hacıqabulda Hacıqabul rayonu və Şirvan şəhərinin sakinləri ilə görüşəcək. Qəbulda vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tapşırıqlar verəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar yanvarın 21-23-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında dinləniləcəklər.