Ədliyyə nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Ədliyyə nazirinin Astara rayonunda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.
Qeyd edilib ki, ədliyyə naziri Fərid Əhmədovun yanvarın 24-də Astara rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbul yanvarın 31-də keçiriləcək.