Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı paylaşım edib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı rəsmi "Instagram" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"