Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadları aradan qaldırılıb
Ötən gün Göygöl rayonu, yerli əhəmiyyətli Çaykənd-Quşçu-Sarısu avtomobil yolunun 2-ci kilometrlik hissəsində yamacdan torpaq qatının yolun hərəkət hissəsinə doğru sürüşməsi baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, dərhal əraziyə AAYDA-nın Göygöl rayonu üzrə tabeli təşkilatının xüsusi texnikası və canlı qüvvəsi səfərbər olunub.
Qısa müddət ərzində yolun hərəkət hissəsi torpaq qatından təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.