Bakıda və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Paytaxtın Nəsimi rayonu ərazisində iki şəxsin dələduzluq yolu ilə 41 min ABŞ dolları və 5720 manatı ələ keçirməsi barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.