Sabiq direktor dövlət əmlakını mənimsəməyib

Dağlıq-Şirvan Regional Təhsil İdarəsi Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin sabiq direktoru Həsənov Fəxrəddin Həsənqulu oğlunun həbsi məsələsinə münasibət bildirib.

İdarədən verilən məlumata görə, Dağlıq-Şirvan Regional Təhsil İdarəsi tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib. 

Bildirilib ki, sabiq direktor əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ötən il iyulun 3-də tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Ağsu Rayon Prokurorluğunda F.Həsənova qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi materialları məhkəməyə göndərilib.