47 min 400 kq ərzaqlıq kartof məhsulu yararsız çıxdı

İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.

Yerveinsan.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

 Məlumata görə, nəzarət tədbirləri çərçivəsində “Corn.İs” MMC-nin İrandan idxal etdiyi 47 400 kq ərzaqlıq kartof məhsulu partiyasından Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən kartof gövdə nematodu müəyyən olunub.

Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.