Cəlilabadda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə rayon ərazisində nəzarət-profilaktiki tədbir keçiriblər.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 4 nəfər barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.