Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər həbs olunub

Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı spirtli içki qəbul edərək avtomobil idarə edən 3, narkotik vasitənin təsirində olan 1 sürücü müəyyən edilib.
Bildirilir ki, onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.