AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Əl-Ula şəhərində keçirilən konfransda iştirak çərçivəsində Səudiyyə Mərkəzi Bankının monetar məsələlər üzrə sədr müavini Talal Əl-Humud ilə görüşüb.

AMB-dan  bildirilib ki, görüşdə pul siyasətinin təkmilləşdirilməsi və ötürücülüyünün artırılması, eləcə də innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin qurumlar arasında bilik və təcrübə mübadilələrinin təşkilinin artırılması ilə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunub.