SOCAR hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

SOCAR-dan  bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib. Bütün sahələrdə məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarət saxlanılır.