Ötən həftə 385 hektar ərazi minalardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (09.02.2026-15.02.2026) məlumat açıqlanıb.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən icra olunan əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

 Bildirilir ki, azad olunan ərazilərdə fevralın 9-dən 15-dək 7 tank əleyhinə mina, 53 piyada əleyhinə mina, 130 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Məlumata əsasən, həmin müddətdə 385 hektar ərazi minalardan təmizlənib.