Vüqar Qurbanov vəzifəsindən azad edilib

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Xatırladaq ki, V.Qurbanov 2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 8 sentyabr 2022-ci ildən isə TƏBİB-in icraçı direktoru təyin edilmişdi.