Bakıda 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq

Bakıda 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin martın 7-də qəzaya uğrayan marşrut avtobusu ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur:
“İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb”.