Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Martın 8-i saat 09:00-dan martın 9-u saat 23:00-dək Bakı şəhərinin Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində (əsas yolda, hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.