Təhsil müəssisələrində dərs günlərinin yeri dəyişdirildi

Martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunmalıdır.
Bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 10 mart istirahət gününün yeri 27 mart iş günü ilə dəyişdirilib.
Qeyd edək ki, mart ayında 18 gün qeyri-iş günü var. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı səbəbindən qeyri-iş günü sayılır. 22, 23 mart tarixləri şənbə və bazar günü olduğundan əlavə olaraq 25, 26 mart tarixləri də tətil günü hesab edilir.
Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə qeyri-iş günlərinin yeri dəyişdirilib. Bununla da 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla da 27 və 28 mart tarixlərində də iş olmayacaq.
31 martda ölkəmizdə Ramazan bayramı qeyd olunduğundan həmin gün qeyri-iş günləri siyahısına daxil edilib.
Həmçinin, 1-2, 8-9, 15-16, 29-30 mart tarixləri də həftəsonuna təsadüf edir.