“Azəriqaz”ın rəhbərliyi Cəlilabadda vətəndaşlarla görüşəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Cəlilabad rayonunda vətəndaşlarla görüşəcək.
“Azəriqaz” İB-dən bildirilib ki, martın 14-ü saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Görüşə dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional Qaz İstismarı İdarəsinə (tel: 051-792-79-95; 050-845-96-81) müraciət edə bilərlər.