Narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 29 yaşlı O.Cabbarov saxlanılıb. Onun üzərindən 7 kiloqram tiryək, marixuana, psixotrop tərkibli tramadol və preqabalin həbləri aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın Sabunçu rayonu ərazisində isə narkotiklərin satışını təşkil edən 5 nəfər - R.Həsənov, Ə.Əskərov, S.İbadov, E.Mənsurov və K.Xudaverdiyev saxlanılıblar.