Müdafiə naziri “Baykar” şirkətinin baş direktoru ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru cənab Haluk Bayraktarı qəbul edib.
Yerveinsan.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səmimi dialoq çərçivəsində keçirilən görüşdə hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi vurğulanıb.
Görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda müdafiə naziri cənab H.Bayraktarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.