Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb

Naxçıvan şəhərində su xəttində qəza vəziyyəti yaranıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”ndən  bildirilib ki, qəza şəhərin Əliqulu Qəmküsar küçəsi, Babək və Əlincə məhəllələrini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazlərin müəyyən ünvanlarına suyun verilməsində fasilələr yaranıb.

Xətdə bərpa işlərinin gün ərzində yekunlaşdırılması və içməli suyun verilişinin bərpası nəzərdə tutulub. Hazırda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin əməkdaşları ərazidə qazıntı işləri həyata keçirir.