Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib

Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib.
Bu barədə Bakı Şəhər DYP İdarəsindən məlumat verilib.
Bildirilib ki, Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Chevrolet” markalı, 90-YL-782 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Ağaliyev saxlanılıb.