Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) 24 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

AMB xəbər verir ki, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək, 1.7000 manat olub.

 Manata nəzərən avronun məzənnəsi isə 1.9277 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0444 manat, 100 Rusiya rublu 2.0509 manat olub.