Qubada 3 kiloqram narkotik vasitə aşkarlanıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Samir İslamov
saxlanılıb.
Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumi çəkisi 3 kiloqram 260 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İslamovun barəsində həbs qətimkan tədbiri seçilib.

