İsmayıllda zəlzələ baş verib

İsmayıllda 3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

 Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanların episentri Xınalıq stansiyasından 22 km cənub-şərqdə, İsmayıllı rayonunun ərazisində qeydə alınıb.

Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.