“Kitabi Dədə-Qorqud” dastanının 1325 illiyi qeyd olundu

 
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət və Uşaq şöbələri
İ.İbrahimov adına 167 No-li tam orta məktəbin şagirdləri arasında
“Kitabi-Dədə Qorqud” dastanının 1325 illiyi ilə əlaqədar inşa
müsabiqəsi keçirdilər.
Müsabiqənin məqsədi “Kitabi-Dədə Qorqud” dastanının tarixi əhəmiyyətini vurğulamaq, onun ədəbiyyatımızda və mədəniyyətimizdə əhəmiyyətini göstərmək idi.
Məktəbin şagirdləri Mədinə Məmmədli, Mehriban Ağayeva, Ruslan İsmayılzadə və kitabxananın fəal oxucusu Zəhraxanım Hüseynova müsabiqənin qalibləri oldular.
Mərkəzi Kitabxanada “Yubilyar kitablar” layihəsi çərçivəsində
“Kitabi-Dədə Qorqud” dastanının 1325 illiyi ilə əlaqədar ““Kitabi- Dədə Qorqud” dastanı – milli-mənəvi sərvətimizdir” adlı videoçarx da hazırlandı. Videoçarxda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik
yubileyində söylədiyi tarixi nitqindən sitatlar yer alır. Videoçarxda
“Kitabi-Dədə Qorqud” dastanı haqqında maraqlı məlumatlar
verilir. “Kitabi-Dədə Qorqud”un Drezden və Vatikan
kitabxanalarında saxlanılan əlyazmalarının səhifələri nümayiş
olunur. İzləyicilərə dastanın tərcüməsi, öyrənilməsi, filmoqrafiyası
haqqında da məlumatlar verilir, Dədə Qorqudun Azərbaycanda
olan heykəlləri nümayiş olunur. Videoçarxda Dədə Qorqud
obrazını yaradan və dastana illüstrurasiyalar çəkən bir neçə
rəssamın əsərləri verilir.
Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:
https://www.youtube.com/watch?v=uvNTA-HEOdE&t=8s