Bəzi çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların mayın 11-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qusarçayda 13 santimetr, Əyriçayda 12 santimetr, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 7 santimetr, Tərtərçay-Vəng və Tutqunçayda 3 santimetr, Bərgüşadçayda 2 santimetr, Kür çayının aşağı axınında Kür-Salyanda 37 santimetr, Kür-Şirvanda 34 santimetr, Kür-Bankədə isə 5 santimetr artım qeydə alınıb.