Aydın Kərimov - İliniz, Baharınız uğurlu gəlsin, bolluq, rifah, sülh, əmin-amanlıq, sağlamlıq olsun
Bu gün İlin Axırıncı, Torpaq Çərşəmbəsidir. Təbiətin hələlik tam anlamadığımız harmoniyasını, qanunauyğunluğunu özündə saxlayan bu çərşəmbələrdə qəribə bir inam, mistika var. Axırıncı adlansa da, ötən ilin axırıncısı olsa da bu Çərşəmbə həm də yeni ilin ilk çərşəmbəsidir. Yəqin ona görə daha təmtəraqlı, şən keçir. İnanmıram ki, bizim xalq min illərlə gedəni belə hallahalla ilə yola salsın. Adətən Gələni odla, atəşlə, musiqi, oyunla, yemək-içməklə, paylaşmaqla, yeni ümidlə, xoş arzularla qarşılayarlar. Hər necə olsa da, mahiyyətini nə dərəcədə anlamağımızdan, qnesoloji əsaslarını bilib bilməməyimizdən asılı olmayaraq min illik ənənəmizdə dərin iz salmış bu təbiət, kainat hadisəsinə sevinir, onu bayram kimi əziz tuturuq. Bayramınız, İl Axır Çərşəmbəniz Mübarək, əzizlərim! İliniz, Baharınız uğurlu gəlsin, bolluq, rifah, sülh, əmin-amanlıq, sağlamlıq olsun. Sevdiklərinizlə birlikdə, doğmalarınızla anlaşmada olun!

