Paytaxtın bu ərazisində suyun verilişi dayandırılıb

Abşeron rayonu Qobu qəsəbəsinin bəzi ərazilərində suyun verilişi dayandırılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazini içməli su ilə təchiz edən magistral xətdə qəza baş verib.
“Bu səbəbdən ərazi üzrə suyun verilməsi rejimində dəyişiklik edilib.
Şəbəkədə təmir və bərpa işləri yekunlaşdırılan kimi suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək”, - məlumatda deyilib.