12 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Mayın 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 8,2 kiloqrama yaxın marixuana, 3 kiloqrama yaxın metamfetamin olub.
“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilir.